“Yaqland daim ermənipərəstliyi və Azərbaycana qarşı qeyri-obyektiv mövqeyi ilə seçilib”

18 İyun 2018 15:13 (UTC+04:00)

Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Ermənistan XİN-in mətbuat katibinin sayəsində Avropa Şurası kuluarlarında T.Yaqland barədə hər kəsə bəlli olan bütün ictimaiyyətə məlum oldu:

"Artıq iş o həddə çatıb ki, deyəsən, Avropa Şurasının baş katibi Ermənistan XİN-ə onun dilindən danışmağa vəkalət verib. Nəhayət, bütün maskalar yırtıldı".

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan T.Yaqlandın rəsmi Bakının AŞ-də üzvlüyünün dayandırılması prosesinə təşəbbüs göstərdiyini bildirib.

AzNews.az