Kralın kürəkəni cəzasını Avila həbsxanasında çəkəcək

18 İyun 2018 15:24 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, ötən çərşənbə günü Palma məhkəməsi Urdaqarinə həbsxana seçməsi üçün 82 variant və 5 gün müddət vermişdi. Kralın kürəkəni beş il on aylıq cəzasını çəkmək üçün Avila həbsxanasını seçib.

İnyaki Urdaqarinin seçdiyi həbsxana əsasən qadınlar üçündür, kişilər üçün isə çox kiçik bir hissəsi var. Hazırda bu hissədə cəzaçəkən yoxdur. Bu da o deməkdir ki, kral Felipenin bacısının korrupsiyada günahlandırılan həyat yoldaşı cəzasını binada tək olaraq çəkəcək. Demək olar ki, daim boş olan həbsxananın həmin hissəsinin xırda təmirə ehtiyacı var.

Həbsxanaya girən İnyaki Urdaqarin adi cəzalılar kimi eyni proseduralardan keçəcək.

AzNews.az