Aykut Kocaman “Fənərbağça”nın baş məşqçiliyindən uzaqlaşdırıldı

18 İyun 2018 17:47 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu klubun rəsmi saytında klubun yeni prezidenti Əli Koç açıqlayıb.

Ə. Koç qarşılıqlı razılaşma əsasında A. Kocaman ilə yollarını ayırdıqlarını bildirib və ona təşəkkür edib.

Qeyd edək ki, “Fənərbağça” 2017-2018-ci il futbol mövsümünü ikinci sırada tamamlayıb. Klubun iyunun 2-3-də keçirilən qurultayında məşhur iş adamı Əli Koç prezident seçilib.

AzNews.az