Moskvada taksinin vurduğu piyadalar arasında iki azərbaycanlı da var

18 İyun 2018 20:07 (UTC+04:00)

Azərbaycanın Rusiyadakı səfirliyindən Trend-ə verilən xəbərə əsasən, insident haqqında məlumat səfirliyə daxil olan kimi səfir Polad Bülbüloğlunun göstərişiylə soydaşlarımızın yerləşdiyi tibb müəssəsi ilə əlaqə saxlanılmışdır.

Verilən məlumata görə, xəsarət alanların vəziyyəti qənaətbəxş olduğundan onlar evə buraxılmışdırlar.

AzNews.az