Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı artdı

18 İyun 2018 20:23 (UTC+04:00)

APA-nın məlumatına görə, bu barədə NHK telekanalı xəbər verib.

Bundan əvvəl 9 yaşlı qız daxil olmaqla, üç nəfərin öldüyü bildirilirdi.

Son məlumata əsasən, təbii fəlakət nəticəsində 358 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xatırladaq ki, Yaponiyanın Osaka prefekturasında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

AzNews.az