Oqtay Əsədov Çinə rəsmi səfər edəcək

19 İyun 2018 10:42 (UTC+04:00)

APA-nın xəbərinə görə, bu barədə yerli “Sinxua” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, O. Əsədov Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Çjanşunun dəvəti ilə Pekinə gedir.

Səfər 19-23 iyun tarixlərində baş tutacaq.

Səfərin məqsədi və keçiriləcək görüşlər barədə hələ bir məlumat yoxdur.