Türkiyədə mina partlayıb, 1 hərbçi ölüb, 2-si yaralanıb

19 İyun 2018 11:18 (UTC+04:00)

APA-nın “AHaber”-ə istinadən verdiyi xəbərə görə, PKK terrorçuları tərəfindən küçəyə quraşdırılmış mina partlayıb.

Hadisə nəticəsində yaralanan 3 hərbçi dövlət xəstəxanasına yerləşdirilib. Onlardan biri xəstəxanada dünyasını dəyişib. Digər 2 hərbçinin isə müalicəsi davam etdirilir.

Hazırda ərazidə əməliyyat həyata keçirilir.