Başında 10 sm-lik bıçaqla 18 il yaşadı- FOTO

22 Mart 2013 16:21 (UTC+04:00)


Ancaq bu günlərdə həkimlər onu əməliyyat edərək başındakı bıçağı çıxarıblar. Bıçağın tiyəsinin uzunluğu 10 sm olub.
Yerli mətbuatın məlumatına görə, bıçaq çəkməçi işləyən şəxsin başına 1995-ci ildə girib. Çəkməçiyə hücum edərək ayaqqabı yapışqanını almaq istəyən toksikomanlarla aralarında yaranan münaqişədə ona bıçaqla zərbə endirilib. Əvvəlcə həkimlər bıçaq tiyəsinin onun başında qalmadığını, ancaq yaralayıb çıxdığını güman etsələr də, 2007-ci ildə məlum olub ki, tiyə onun başında qalıb.
Tiyənin çəkməçinin başından çıxarılması üçün əməliyyat 7 saat davam edib.

Elnarə
AzNews.az