Bakıda musiqi festivalı keçiriləcək

19 İyun 2018 14:50 (UTC+04:00)

"Report" Fransanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu dəfə musiqi İçərişəhərdə, Bakının Nizami küçəsində, Fəvvarələr meydanında və şəhərin digər yerlərində səsləndiriləcək.

Tədbir Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu tərəfindən Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, YARAT Müasir İncəsənət Məkanı, Street Food Festival və Maks Eventslə birgə təşkil olunacaq.

Peşəkar və həvəskar musiqiçilərə açıq olan bu festival müxtəlifliyi dəyərləndirən, musiqi janrlarına fərq qoymayan canlı musiqini təbliğ edir.