"Air China" təyyarəsi Belarusda qəza enişi edib

19 İyun 2018 21:04 (UTC+04:00)

Trend-in məlumatına görə, bu barədə Belarus Fövqəladə Hallar Nazirliyi özünün "Tvitter" səhifəsində yazıb. Nazirlik bildirib: "!7:20-də təyyarə uğurla bizim hava limanımızda enib, Belarus FHN-dən yardım sorğulanmayıb". "Flightradar24" portalının məlumatına görə, təyyarə Barselonadan Şanxaya uçurdu.

Air China"nın Minsk aeroportundakı nümayəndəliyindən bildiriblər ki, "gözlənilməyən vəziyyət baş verib, təyyarə qəza enişi edib".