Məmur qohumu 7-ci sinif şagirdini zorladı: “4 aylıq hamilədir” - Açıqlama

20 İyun 2018 11:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib. Məlumatda bildirilir ki, Lerik rayonunda 7-ci sinif şagirdi olan qız uşağı, rayonda yaşayan vəzifəli bir şəxsin yaxın qohumu (məmur və qohumunun adları saytımıza məlumdur, lakin məsələ hələ ki, rəsmi təsdiqini tapmadığından adları açıqlamırıq - red.) tərəfindən şantaj edərək zorlanıb. Bildirilən məlumata görə, şagird 4 aylıq hamilədir.

Lerik Rayon internat məktəbinin direktoru Asəf Bədəlov AzNews.az-a açıqlamasında hadisədən xəbərdar olduğunu dedi: “Hazırda dərslər başa çatıb, məktəb bağlanıb. Bununla bağlı məktəbə nə polis şöbəsindən, nə də prokurorluqdan rəsmi məlumat gəlməyib. Qeyd edim ki, həmin şagird bizə başqa məktəbdən keçib. Oğlanla qız qonşudurlar, hadisə də məktəbdən kənarda baş verib. Biz də indi eşitmişik. Son bir həftədə olan hadisədir”.

Bahar RÜSTƏMLİ
AzNews.az