Azərbaycan vətəndaşı Kiyevdə kütləvi davada yaralandı

20 İyun 2018 13:43 (UTC+04:00)

"Report"un UNN-a istinadən verdiyi məlumata görə, hadisə iyunun 20-nə keçən gecə saat 2 radələrində bazarın yaxınlığında baş verib.

Həkimlərin məlumatına görə, 32 yaşlı Azərbaycan vətəndaşı baldır nahiyəsindən güllə yarası alıb və şəhər klinik xəstəxanasına yerləşdirilib.

Mənbə bildirib ki, kişi həmyerliləri arasında baş verən dava nəticəsində xəsarət alıb. Digər yaralılar barədə məlumat yoxdur.

AzNews.az