Ermənistan parlamenti qarşısında atışma

22 Mart 2013 17:15 (UTC+04:00)

Belə ki, yerli vaxtla təxminən 14:30 radələrində bıçaqla silahlanmış şəxs Ermənistan parlamentinin binasına soxulmağa cəhd göstərib.

Təhlükəsizlik nümayəndələri ondan bıçağı yerə qoymağı tələb etsələr də o buna əməl etməyib. Bundan sonra güc strukturlarının əməkdaşları ona odlu silahdan atəş açıblar.

Şahidlərin sözlərinə görə, iki atəş səsi eşidilib. Hazırda cinayətkar Yerevandakı xəstəxanalardan birinə yerləşdirilib.

Aynur Hüseynova
AzNews.az