İndoneziyada gəmi qəzası - Ölənlər var

20 İyun 2018 15:36 (UTC+04:00)

Trend-in məlumatına görə, qəza Şimali Sumatra vilayətindəki Toba gölündə baş verib. Məlumata görə, qəza nəticəsində azı 2 nəfərin öldüyü bildirilib, daha 180 nəfər isə sularda qərq olub.

Qəzanın baş vermə səbəbləri barədə dəqiq bildirilməyib. Hazırda axtarış-xilasetmə işlərinin davam etdiyi qeyd edilir.

Qeyd edək ki, sönmüş vulkanın kraterində yerləşən Toba dünyanın vulkanik mənşəli ən böyük gölüdür.

AzNews.az