265 min qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb

20 İyun 2018 17:24 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu "Hüquq bərabərliyinin təmin olunmasında və təşviqində milli insan hüquqları təsisatlarının rolu" mövzusunda keçirilən Ombudsmanların XV Bakı Beynəlxalq Konfransının plenar iclasında Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov bildirib.

Onun sözlərinə görə, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 2,4 milyard manat vəsait sərf olunub: "Bu vəsaitin 2,1 milyardı Dövlət Neft Fondunun vəsaitidir".

F. Hüseynov qeyd edib ki, son 25 ildə qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün isə 6,6 milyard manat vəsait sərf edilib.

AzNews.az