Duma sədri Azərbaycana səfər edəcək

20 İyun 2018 18:33 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, rəsmi səfər iyunun 24-25-də baş tutacaq.

Rusiya nümayəndə heyətinin tərkibində Dağıstan parlamentinin sədri Xızrı Şıxsəidov da yer alacaq.

Səfər zamanı Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişaf məsələləri nəzərdən keçiriləcək.