Qaradağda yük maşını aşdı - Bakıya giriş bağlandı (Fotolar)

20 İyun 2018 19:37 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, təxminən iki saat əvvəl “99 JM 011” dövlət nömrə nişanlı nəqliyyat vasitəsi aşıb. Nəqliyyat vasitəsi ciddi ziyan görüb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Nəticədə Bakı-Qazax yolunun qəza baş verən hissəsində avtomobillərin hərəkətində problem yaranıb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.