Mingəçevir su anbarında batan şəxs son anda xilas edildi

20 İyun 2018 22:22 (UTC+04:00)

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində, 1 nəfər su anbarında çimərkən batmaq təhlükəsi ilə üzləşib.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.