Aqrokimyəvi maddələrin ölkəyə idxalına nəzarət gücləndirilir

21 İyun 2018 09:51 (UTC+04:00)

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Agentliyin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib. Onun sözlərinə görə, 1 iyul 2018-ci il tarixindən idxal-ixrac əməliyyatları sahəsində, o cümlədən pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalında yeni nəzarət mexanizmləri tətbiq olunacaq.

Tələblərə gəlincə, M.Piriyev bildirib ki, yalnız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlər və bioloji preparatların idxalına icazə veriləcək.

AzNews.az