AŞPA-dan azərbaycanlı deputata cavab

22 Mart 2013 19:01 (UTC+04:00)
Xatırlıadaq ki, E.Süleymanov Herkelə etiraz əlaməti olaraq zalı tərk etdiyini demişdi. A.Herkel Turan agentliyinə bildirib ki, o, Süleymanovun çıxışını nitqinin məzmununa görə deyil, reqlamentə riayət etmək zərurəti ilə əlaqədar kəsib. "Görüşün və tərcüməçilərin işinin sonuna 12 dəqiqə qalırdı. Siyahıda birinci olan Süleymanov da daxil olmaqla, dörd natiq qalmışdı. O, 4 dəqiqə çıxış etdi və mən ondan 2 dəqiqədə nitqini yekunlaşdırmağı xahiş etdim, çünki Latviya, Ermənistan və Avstriyadan daha 3 natiq qalırdı. O, çıxışını yekunlaşdıra bilmədi və mən sədr olaraq onu dayandırmaq məcburiyyətində idim. O, 5 saatlıq görüş ərzində qısa çıxış etməyi xahiş etdiyim ilk həmkarımız deyildi", deyə Herkel bildirib.

AzNews.az