“Neftin adamı” beynəlxalq film festivalında

22 Mart 2013 19:11 (UTC+04:00)

Martın 24-dəTürkiyədə 24-cü Ankara Beynəlxalq Film Festivalı keçiriləcək. Azərbaycanı bu festivalda iki film təmsil edəcək. Rejissor Seyran Mahmudoğlunun "Neftin adamı" sənədli filmi Dünya Sənədli Filmləri bölümündə nümayiş olunacaq. Bu festivalda rejissor Şamil Əliyevin "Çölçü" bədii filmi də təmsil olunacaq.

Qeyd edək ki, "Neftin adamı" sənədli filmi martın 28-də Ukraynada keçiriləcək DOCUDAYS UA Beynəlxalq Film Festivalında da iştirak edəcək. Festivalda həmçinin, Almaniya, Xorvatiya, Şotlandiya, Polşa, Rusiya, İtaliyavə s. ölkələrdən olan filmlər nümayiş olunacaq.

BaharRüstəmli
AzNews.az