Bülənt Ərsoy: “Təpəni dağıdaram“

22 Mart 2013 19:37 (UTC+04:00)

Ötən illərdəki çıxışlarında bir neçə dəfə diqqət mərkəzində olan diva Bülənt Ərsoy bu dəfə də öz fikirləri ilə seçilib. Müsabiqəyə Adıyamandan qoşulan Rəcəb adlı iştirakçıya ifasından sonra "10" xal verən Ərsoy ona əlini öpdürən zaman "təpəni dağıdaram" deyib.
Belə ki, iştirakçı çıxışını etmək üçün səhnəyə çıxdıqda tamaşaçıları salamlayıb, munsiflərin də əlindən öpüb. Onun bu hərəkətinə Bülənt Ərsoy səsvermədən sonra münasibətini bildirib: ``Performansını nümayiş etdirmək üçün səhnəyə gəldiyində münsifləri salamlamaq üçün əllərini öpdün. Hər halda, Orhanın əlini öpdün alnına qoydun. Amma mənimkini qoymadın. Xəbərdalıq edirəm, bir də belə etmə, yoxsa verdiyim bütün xalları da geri alaram, təpəni də dağıdaram``. Müğənni bu xəbərdarlığından sonra iştirakçını yenidın yanına çağıraraq əlini öpdürüb.

Xəyalə Məmmədova
AzNews.az