AZƏRTAC xəbər verir ki, O.Qolodetsin sözlərinə görə, bu gün Samara stadionunda dünya çempionatının matçına bir milyonuncu azarkeş gələcək.
Xatırladaq ki, Rusiyanın 11 şəhərinin 12 stadionunda 2018-ci ilin dünya çempionatının matçları keçirilir. Artıq bütün qruplarda birinci tur oynanılıb. Onların bəzilərində ikinci tur da başa çatıb və onun yekunlarına əsasən, pley-off turnirinin bəzi iştirakçıları məlum olub. Məsələn, “A” qrupundan turnirin səkkizdəbir finalına Rusiya və Uruqvay yığmaları çıxıblar.
AzNews.az