Netanyahunun həyat yoldaşına qarşı ittiham irəli sürüldü

21 İyun 2018 16:35 (UTC+04:00)

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, o, baş nazirin iqamətgahının işlərini idarə edərkən, sui-istifadə hallarına yol verməkdə, dövlət vəsaitini əsassız olaraq xərcləməkdə təqsirləndirilir.

Məlumata görə, S.Netanyahu ictimaiyyətin etibarından sui-istifadədə və qanunsuz yolla qazanc əldə etməkdə təqsirli bilinir.

İttiham aktında qeyd edilib ki, iqamətgahda həmişə aşbazlar işlədiyi halda S.Netanyahu Qüdsün bahalı restoranlarından yeməklər sifariş verib. O, bu məqsədlə dövlət büdcəsindən 350 min şekkel (təxminən 97 min dollar) xərcləyib.

Baş nazirin həyat yolaşı başqa qanun pozuntularına görə ittiham olunsa da onların heç birini Baş Prokurorluq elan etməyib.

Eyni zamanda İsrail hökuməti başçısının Aparat direktorunun keçmiş müavini Ezre Saydofa qarşı da ittiham irəli sürülüb. O,dövlət vəsaitini mənimsəməkdə günahlandırılır.

AzNews.az