Bu rayonda 29 km yol yenidən qurulur - Fotolar + Video

21 İyun 2018 20:12 (UTC+04:00)

AzNews.az-a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, bu, respublika əhəmiyyətli Şəmkir-Gədəbəy avtomobil yolunun 30-cu km-dən ayrılan və 20 km uzunluğa malik yerli əhəmiyyətli Slavyanka-Qoşabulaq-Pərizamanlı, həmçinin 6.1 km-lik Çanaqçı-Haçaqaya və 2.9 km-lik Qoşabulaq-Sarıtala avtomobil yollarıdır.