"Report"un "The Guardian"a istinadən məlumatına görə, Kolumbiya polisi faktla əlaqədar araşdırmalara başlayıb.
Bildirilir ki, istifadəçilərdən biri "Twitter"də Sançesin fotosunu DÇ-1994-cü ildə avtoqol etdiyi üçün güllələnmiş Andres Eskobarla yanaşı paylaşıb. Fotonun altına bu sözlər yazılıb: "Arzulamağı təklif edirəm". Digər istifadəçi isə buna cavab olaraq, "Eskobarı avtoqola görə öldürmüşdülərsə, Sançesi də öldürüb meyitini islatmaq lazımdır".
Qeyd edək ki, Karlos Sançes Yaponiya ilə qarşılaşmanın 3-cü dəqiqəsində cərimə meydançasında əllə oyuna görə qırmızı vərəqə alıb. Baş hakim həmçinin Kolumbiyanın qapısına penalti təyin edib.
AzNews.az