Əli Mirəliyev uşağını atıb gedən gəlininə səsləndi: “Uzaqdan da olsa, balanı gör...” - Video

22 İyun 2018 12:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu müğənni Əli Mirəliyev “Səhər-səhər” verilişində nəvəsi Əli haqqında danışarkən deyib. Sənətçi nəvəsinin anası tərəfindən atılmasında oğlunu günahlandırır:

“Uşaq ataya-anaya bağlıdır. Əgər ana uşağı atıb gedirsə uşaq kimə bağlanmalıdır? Nənəsinə, babasına. Uşağı qoyub getməzlər. Əlini anası 13 yaşında qoyub gedib. Özü də onu çox istəyirdi. Oğlum günahkardır. Hansı ana balasını qoyub gedər? Heç olmasa uzaqdan da olsa balanı gör. Bunun məktəbi var, maraqlan, gör dərslərini necə oxuyur? Axı sən onu 9 ay bətnində gəzdirmisən. Mən babayam, ömrümü sürmüşəm, sabah mən olmayanda bu uşağa kim baxacaq? Sabah qocalanda Əli sənə baxacaq. Mənim qəbrimə gəlməyəcək, amma sənin yanında olacaq. Uşaq ata-anaya bağlıdr. Bu sənin balandır, ikincisi olmayacaq. Mən ona deyim? Ailə də qurmayıb. Bütün dünyanı gəzir, yaxşı da işi var. Zəng də etmir, üzbəüz gəlib uşağı ilə görüşməyib, baxıb gedib. Uşağın adı Mirəliyev Əlidir. Hansı arvad evdən qaçar? Arvad pis kişidən qaçar”.

Bahar RÜSTƏMLİ
AzNews.az