Qazaxıstan Rusiyanın duz bazarını ələ keçirir

22 İyun 2018 12:32 (UTC+04:00)

"Report" bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu ilin yanvar-may aylarında Qazaxıstanda 88,9 min ton duz istehsal olunub, bu isə illik müqayisədə 6,7% çoxdur.

2018-ci ilin I rübünün nəticələrinə görə, yerli istehsal ölkənin duza olan tələbatını demək olar ki, ödəyib, üstəlik onun 2/3 hissəsi xaricə ixrac olunub.

Qeyd edək ki, "Araz duzu"nun alıcıları arasında Azərbaycan da var. Qazaxıstandan duz idxalı ötən ildən başlayıb.

AzNews.az