“Fənərbağça”nın yeni baş məşqçisi məlum oldu

22 İyun 2018 14:15 (UTC+04:00)

Trend-in məlumatına görə, bu postda hollandiyalı mütəxəssis Filip Koku işləyəcək.

48 yaşlı baş məşqçi bundan əvvəl PSV-ni çalışdırırdı. Yaxın günlərdə onunla İstanbulda rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, bundan əvvəl "Fənərbağça"nın baş məşqçisi Aykut Kocaman idi.

AzNews.az