NİDA-çılar MTN-dən çıxarıldı

22 Mart 2013 21:54 (UTC+04:00)


"Qafqazinfo" xəbər verir ki, bunu BBC Azərbaycancaya Rəşad Həsənovun vəkili Əsabəli Mustafayev verib: "Martın 19-da keçirilən məhkəmədə də qərar verilmişdi ki, Rəşad Kürdəxanıdakı istintaq təcridxanasına köçürülsün. Amma biz səs küy salandan sonra onu martın 20-də köçürüblər. Dünən bizim xəbərimiz olub".

Amnesty İnternational təşkilatı həbs olunan hər 4 N!DA-çını "vicdan məhbusları" elan edib.
Mustafayevin sözlərinə görə, müvəkkili ilə bayramdan sonra görüşmək mümkün olacaq:
"Çünki biz məktubda dəyişiklik etməliyik, həm də bayram günüdür deyə poçtlar işləmir. İş günü başlayandan sonra martın 25, ya da 26-sı onla görüşməyə çalışacam".

NİDA İdarə heyətinin üzvü Rəşadət Həsənov BBC Azərbaycancaya deyib ki, Həsənov hələlik yalnız vəkillə görüşməlidir:

"Prosedura görə ailə üzvləri ilə görüş verilmir. Amma lazım olan paltar, geyim və kitabı vəkil vasitəsilə göndərə biləcəyik".

AzNews.az