Ermənistanda hərbi hissə komandiri həbs edilib

22 İyun 2018 17:57 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, Ermənistan İstintaq Komitəsi hərbi hissə komandirini külli miqdarda rüşvət almaqda şübhəli bilir və faktla bağlı araşdırmaya başlayıb.

Ötən gün komandirin kabinetində axtarış aparılıb. Axtarış zamanı istintaq üçün mühüm qeydlərin olduğu bloknot və pul köçürməsi ilə bağlı qəbz aşkarlanıb.

Komandir haqda həbs qətimkan tədbiri seçilib.

AzNews.az