İranda 36 polisin qətlində təqsirləndirilən terrorçu həbs edildi

22 İyun 2018 21:22 (UTC+04:00)

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının narkotiklərə qarşı mübarizə polisinin komandanı, general Məsud Zahidian bildirib.

Onun sözlərinə görə, axtarışda olan bu şəxs iki gün əvvəl saxlanılıb: “Əməliyyat keçirilən zaman ondan silah və döyüş sursatı müsadirə edilib. O, 1999-cu ildə birinci dəfə tutulub. Narkotik maddəni İranşəhr şəhərinin Qurnak kəndində gizlətdiyi barədə yalan məlumat vermişdi. O zaman 36 polis əməkdaşı, o cümlədən bir general onun əlaltıları tərəfindən mühasirəyə alınaraq qətlə yetirilmişdi”.

Həmin silahlı toqquşmadan sonra adı açıqlanmayan şəxs İranı tərk edibmiş.

Qeyd edək ki, bu kənd İranın cənub-şərqində, Sistan-Bəlucistan əyalətində yerləşir.

AzNews.az