Baş nazirin üzr istəməsi İsraili qarışdırdı

22 Mart 2013 22:08 (UTC+04:00)
İsrailin baş naziri Binyamin Netanyahunun Mavi Mərmərə basqınına görə baş nazir Rəcəb Tayyib Ərdoğandan üzr istəməsi birmənalı qarşılanmayıb. BBC-nin məlumatına görə, bu hadisəyə ilk reaksiya İsrailin sabiq Xarici işlər Naziri Avigdor Liebermandan gəlib. Lieberman baş nazirin bu qərarını "ciddi səhv" kimi qələmə verib. O, bu addımı bölgədə gedən siyasi proseslərə ciddi zərbə kimi qiymətləndirib.


Xəyalə Məmmədova
AzNews.az