“Kiçik bir ailəyə çatacaq qədər orqanlarım var``

22 Mart 2013 22:21 (UTC+04:00)
Gallerin Carmarthen qəsəbəsində yaşayan Carl Jones həyatını tam 4 böyrəklə davam etdirir. 32 yaşındakı Carl Jones şəkər xəstəliyinə tutulduqdan sonra, bir neçə dəfə əməliyyat keçirdiyini bildirib. Orqan çatışmazlığı probleminə görə ona orqanlar nəql edilib. İlk böyrək və pankreas köçürməsi 2004-ci ildə edilən Jones vəziyyəti pisləşdiyinə görə eyni əməliyyatları 4 il sonra da keçirmək məcburiyyətində qalıb. Jonesin həkimləri əməliyyatların xeyirinin olub- olmadığından əmin olmaq üçün gənc insanın köhnə orqanlarına toxunmayıblar. Jones hazırda həyatını 4 böyrəklə davam etdirir.

"Kiçik bir ailəyə çatacaq qədər orqanlarım var. Ağıla sığmayan bir həqiqətdir! Tək pis cəhət, orqanlar qarınımın ön tərəfində olduğu üçün kilo verməkdə çətinlik çəkirəm"-, deyə Jones bildirib. Hazırda şəkər xəstəliyi müalicə edilmiş Jones orqanların sayının digər insanlardan çox olmasına baxmayaraq sağlam və normal bir həyatını davam etdirir.

Xəyalə Məmmədova
AzNews.az