Yaşıllıq ərazidə tikinti aparan şəxs cərimələndi

5 İyul 2018 11:10 (UTC+04:00)

ETSN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı Dövlət Ekspertiza İdarəsinin müsbət rəyi olmadan Bakı şəhər sakini Nazil Qasımov tərəfindən ərazidə qeyri-yaşayış obyektinin tikintisinin aparıldığı aşkar edilib.

Faktla bağlı qanun pozucusu barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinə əsasən fiziki şəxs qismində 300 manat məbləğində cərimə olunub.

Hasara alınan ərazidəki 2 ədəd Sərv ağacının qorunub saxlanması və aqrotexniki qulluq göstərilməsi məqsədilə N.Qasımova icrası məcburi olan “məcburi göstəriş” verilib.