Yağış yağacaq, leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

23 İyun 2018 13:48 (UTC+04:00)

ETSN-dən verilən məlumata görə, iyunun 25-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Eyni zamanda, iyunun 24-26-da bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

AzNews.az