Tacik-Əfqan sərhədində qarşıdurma: 4 Ölü
22 Mart 2013 23:18 (UTC+04:00)
Tacikistanın Əfqanıstanla sərhəd Halton əyalətinə bağlı Şurabad mahalının yaxınlığında baş verən hadisədə ölənlərdən üçünün silahlı əfqan, birinin isə əsir götürülən tacik olduğu ifadə edilib.
Hadisəyə səbəb silahlı əfqan qrupunun Şurabad mahalına bağlı Düloba kəndindən girov götürdüyü dörd nəfəri Əfqanıstan tərəfinə aparmağa çalışarkən əsirlərin onlara müqavimət göstərməsi qeyd edilib. Qarşıdurmada üç silahlı əfqanla birlikdə bir Tacikistan vətəndaşı həyatını itirib. Silahlı əfqanların bölgədə qaçaqçılıq işləri ilə məşğul olduğu və sərhədə yaxın yaşayış yerlərində yaşayan Tacikistan vətəndaşlarını fasilələrlə girov götürərək əvəzində pul istənildiyi irəli sürülüb.
Xəyalə Məmmədova
AzNews.az