Türkiyəli müğənni Bakıda

22 Mart 2013 23:32 (UTC+04:00)
Türkiyənin tanınmış müğənnisi Əmrah dünən Bakıya gəlib.

APA-nın məlumatına görə, səfərin məqsədi rejissoru olduğu "Gəlməyən bahar" filminin Bakıda keçiriləcək premyerasına qatılmaqdır.

Əmrah Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə verdiyi açıqlamada Türkiyədə filmin çox bəyənildiyini, azərbaycanlı tamaşaçıların film haqqında düşüncələrinin də onun üçün çox önəmli olduğunu deyib.

Qeyd edək ki, filmin təqdimat mərasimi bu gün "Nizami" Kino Mərkəzində keçiriləcək.

AzNews.az