“Ronaldonun vurduğu qollar...” - Fabreqas

23 İyun 2018 17:51 (UTC+04:00)

AZƏRTAC xəbər verir ki, S.Fabreqas dünya çempionatı günlərində Ronaldonun Portuqaliya yığmasının tərkibində tamamilə başqa rol oynadığını, onun əksər hallarda irəlidə qalmasını və bütün meydan boyunca hamıdan çox hərəkət etdiyini bildirib.

S.Fabreqas deyib: “Ronaldo Rusiyada keçirilən turnirin ən əsas ulduzlarındandır. O, 4 top vurmaqla yaxşı start götürdü. Demək olmaz ki, Portuqaliya qol vurmaq üçün əla kombinasiyalar yaratmışdı. Əlbəttə ki, Ronaldonun əziyyətini qiymətləndirməmək düzgün olmazdı, lakin onun vurduğu qollar səhvlərin, standart vəziyyətin və penaltinin nəticəsidir”.

AzNews.az