Yük maşını aşdı - Yaralı var

23 İyun 2018 21:43 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, Oğuz rayonundan Bərdə istiqamətinə hərəkətdə olan "QAZel" markalı yük avtomobili idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü, Bərdə rayon sakini, 1950-ci il təvəllüdlü Nəcib Əmiraslanov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az