“F-16”lar İŞİD liderlərinin toplantısını vurdu - 45 terrorçu öldürüldü

23 İyun 2018 21:49 (UTC+04:00)

“Qafqazinfo” Haber7-yə istinadən xəbər verir ki, “F-16”ların zərbəsi nəticəsində 45 terrorçu məhv edilib.

İraq ordusundan bildirilib ki, əməliyyatlar iki istiqamətdə davam etdiriləcək. Bunlardan biri Rütba şəhərinin cənubundan başlayaraq sərhədə doğru, ikincisi isə Tertar gölündən başlayaraq Ənbar vilayətinin şimalına doğru ərazini əhatə edəcək.

Əməliyyatların məqsədi İŞİD-in həmin bölgədə gizlənən terrorçularını və yaratdıqları təhdidləri ortadan qaldırmaqdır.

AzNews.az