Sükan arxasında ürəyi tutdu

23 Mart 2013 07:17 (UTC+04:00)
Rusiya KİV-nin yaydığı məlumata görə, Zinshaym şəhəri yaxınlığında, A6 şossesində baş verən hadisə nəticəsində yolda 5 kilometrə qədər uzanan tıxac yaranıb.

Tıxaca səbəb sükan arxasında sürücünün ürəyi tutması və avtomobilin idarəsiz hərəhəti olub. Polislər üç zolaqlı şössenin iki zolağını bağlayıb və siqnalla digər sürücülərə təhlükə barədə xəbərdarlıq ediblər.

Yük maşını 10 kilometr məsafə qət etdikdən sonra onun bortundakı kompyuter xoşagəlməz vəziyyəti qeydə alıb və məcburi əyləməni həyata keçirib. Buna qədər yük maşını bir neçə dəfə şossenin beton hasarına toxunub.

Polislər yüksək sürətlə hərəkət edən 40 tonluq yük maşınını dayandırmağın mümkünsüz olduğunu görüblər. Onlar hadisə nəticəsində heç kimin xəsarət almamasını möcüzə kimi dəyərləndiriblər.

Yük maşınının əslən Çexiyadan olan sürücüsü hazırda xəstəxanada həkimlərin nəzarəti altındadır.

AzNews.az