18 yaşlı gənci maşın vurdu

23 İyun 2018 23:44 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qarabağlı kəndi ərazisində baş verib. Kənd sakini Əzizov İlham Fəzail oğlunun idarə etdiyi “Ford Transit” markalı yük maşını yolu keçən 2000-ci il təvəllüdlü Qurbanov Məhəmməd Ziyafət oğlunu vurub.

Piyada açıq kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə komatoz vəziyyətdə yerləşdirilib.

Hadisə Salyan Rayon Polis Şöbəsi tərəfindən araşdırılır.

AzNews.az