Xırdalanda yanğın baş verdi - Azyaşlı xəsarət aldı

24 İyun 2018 13:45 (UTC+04:00)

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 104 m2 olan ikimərtəbəli evin 1 otağının tavanı, dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə və ev əşyaları qismən yanıb.

Yanğın zamanı 3 azyaşlı yanıq xəsarəti alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın qısa zamanda yanğın bölmələri tərəfindən söndürülüb.