Panama üçün tarixi qol vuruldu - İngilərə ilə oyunda

24 İyun 2018 18:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, görüş İngiltərənin darmadağını ilə başa çatıb.

Yekun nəticə 6-1 Panamanın məğlubiyyəti ilə başa çatsa da bu oyun onlar üçün tarixi bir oyun olub.

Belə ki, bu matçda onlar tarixlərində ilk dəfə olaraq Dünya Çempionatında öz qollarını vura biliblər.

Panamanın heyətində bu tarixi qolu Felipe Baloy vurub. O, standart vəziyyətdən sonra fərqlənməyi bacarıb.

İngiltərə yığmasında isə hücumçu Harri Keyn hat-triklə (22,45,62-ci dəqiqələr), müdafiəçi Con Stons isə dublla (8, 40-cı dəqiqələr) və Linqard isə vurduğu möhtəşəm qolla yadda qalıb.

Murad Abdulla

AzNews.az