Məşhur futbolçu millət vəkili seçildi

25 İyun 2018 09:58 (UTC+04:00)

"Report"un məlumatına görə, Türkiyənin məşhur futbolçusu, ölkə millisinin sabiq üzvü Alpay Özalan və motosikletçi Kenan Sofuoğlu millət vəkili seçiliblər.

A.Özalanın və K.Sofuoğlunun namizədliyini hakim Ədalət və İnkişaf Partiyası (AKP) irəli sürüb. Keçmiş futbolçu İzmirdən millət vəkili seçilib. K.Sofuoğlu isə Böyük Millət Məclisində Sakaryanı təmsil edəcək.

AzNews.az