1 yaşlı qardaşı qızını maşınla vuraraq öldürdü - Bakıda

25 İyun 2018 12:11 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 23-də saat 12 radələrində Sabunçu qəsəbəsi ərazisində qəsəbə sakini Anar Hüseynov “QAZel” markalı avtomobillə qardaşının qızı - 1 yaşlı Məryəm Hüseynovanı vurub.

Nəticədə xəsarət alaraq xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

AzNews.az