Deputatlar işə milli geyimdə gələcəklər

23 Mart 2013 09:50 (UTC+04:00)
Parlamentin iş reqlamentinə müvafiq düzəliş edilib


Gürcütsan parlamentinin üzvlərinin xidməti vəzifələri zamanı geyinə biləcəkləri paltarları təsdiqlənib. Belə ki, deputatlara iş zamanı işgüzar geyim və ya milli paltar geyinmək öhdəliyi qoyulub.

"Novosti Qruziya"nın məlumatına görə, parlamentin iş reqlamentinə müvafiq düzəliş martın 22-də edilib.
Dəyişikliyin lehinə 88, əleyhinə isə cəmi 1 nəfər səs verib. Düzəlişlər prezident Mixail Saakaşvilinin imzasından sonra qüvvəyə minəcək.

Qeyd edək ki, reqlament daha öncə qanunverici orqanın əməkdaşlarına ancaq işgüzar kostyum geyinməyə imkan verirdi. Milli geyim geyinmək ideyasının müəllifi isə Konservativ partiyasından olan deputat Bidzina Qudcabidze olub. O və onun tərəfdarları bir neçə dəfə parlamentin iclasına milli geyimdə qatılıb.

Deputat müsahibələrində milli geyim olan "çuxa"nı - yəni çərkəz çuxasını milli-dövlət atributuna çevriləcəyinə ümid etdiyini demişdi.

AzNews.az