İkinci ərindən də boşandı

25 İyun 2018 16:09 (UTC+04:00)

“Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçı İnstaqram səhifəsində məlumat yayıb: "Bu gün ayrıldığımı təsdiqləyirəm. Bu ailənin dağılmaması üçün çox çırpındım. Amma tək gücüm bura qədər çatdı. Allah mənə bundan sonra balalarıma görə güc versin, onları böyüdüm. Bu yaşda yiyəsizliyə dözə bilmərəm".

Qeyd edək ki, S.Sanalıyevanın ilk toyu 2014-cü ilin iyunun 25-də baş tutmuşdu. Elə həmin ilin sentyabrında sənətçi 3 aylıq hamilə olduğunu açıqlamışdı. 2015-ci ilin fevralında sənətçinin oğlu Elgün dünyaya gəlib. Sevdanın qızı isə 2016-cı ilin avqustunda doğulmuşdu. O, qızının atasının Cəmil bəy olduğunu, onunla evləndiyini bildirmişdi.

AzNews.az