Tehranda etiraz aksiyası keçirildi

25 İyun 2018 17:20 (UTC+04:00)

APA-nın Tehran bürosunun məlumatına görə, aksiya iştirakçıları mağazaları bağlayaraq tətil ediblər. Əsasən geyim, tekstil və qızıl dükanlarının sahibləri etiraz aksiyalarına qoşulublar. Aksiya iştirakçıları Tehranın mərkəzində yerləşən “15 Xordad” meydanına toplaşaraq son bir ayda dolların məzənnəsinin qeyri-sabit olması nəticəsində itkiyə məruz qaldıqlarını bildiriblər və hökumətdən bunun qarşısının alınmasını tələb ediblər.

Tehran bazarının rəhbəri Abdullah İsfəndiyari aksiya iştirakçılarını dəstəkləyərək onların haqlı tələbinin yerinə yetirilməsini, dolların kursunun sabitləşdirilməsinin vacibliyini qeyd edib.

Sahibkarlar idxal zamanı yaranan əngəllərin aradan qaldırılmasını da istəyiblər.

AzNews.az